Modern.az

Öcalandan sonra onlarla görüşdülər

Öcalandan sonra onlarla görüşdülər

Dünya

2 Yanvar 2025, 20:16

Dekabrın 28-də PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanla görüşən DEM Partiyasının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində görüşlərə başlayıb.

Modern.az xəbər verir ki, nümayəndələr Türkiyə parlamentinin sədri Numan Kurtulmuş, daha sonra Öcalanı terror təşkilatını ləğv etməyə çağıran MHP sədri Dövlət Baxçalı ilə görüşüb.

Nümayəndə heyətinin tərkibinə partiyanın keçmiş həmsədri və Van millət vəkili Pervin Buldan, İstanbul millət vəkili Sırrı Süreyya Öndər və keçmiş Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türk daxildir.

Kurtulmuşla görüş təxminən 50 dəqiqə, Bağçalı ilə 45 dəqiqə davam edib.

Onlar siyasi partiyalara terrorçuların başçısı ilə görüş barədə məlumat veriblər.

DEM Partiyasının nümayəndə heyətinin Bağçalıya təsbeh hədiyyə etdiyi bildirilir.

Onlar gələn həftə TBMM-də təmsil olunan bütün partiyaları ziyarət edəcəklərini, daha sonra geniş açıqlama verəcəklərini bildiriblər. 

Öndər prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalının da dəyərləndirildiyini söyləyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi