Modern.az

Netanyahu xəstəxananı tərk etdi

Netanyahu xəstəxananı tərk etdi

2 Yanvar 2025, 22:20

Bir neçə gün əvvəl prostat vəzdən cərrahi əməliyyat olunan İsrailin Baş naziri Binyamin Netanyahu xəstəxananı tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

 

“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - açıqlamada deyilir.

 

Dekabrın 29-da axşam Netanyahunun Dəftərxanası bildirib ki, hökumət başçısı həkimlər onun prostat vəzin xoşxassəli hiperplaziyası olduğunu aşkarladıqdan sonra prostat vəzdən uğurlu cərrahi əməliyyat keçirib. Cərrahi müdaxilə ümumi anesteziya altında aparılıb və fəsadsız keçib. Baş nazirin olmadığı müddətdə onun səlahiyyətləri ədliyyə naziri Yariv Levinə həvalə edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi