Modern.az

Koreya liderinin Yeni il müraciətinə 20 mahnı və poema həsr olunub

Koreya liderinin Yeni il müraciətinə 20 mahnı və poema həsr olunub

10 Yanvar 2014, 13:51

Şimali Koreya yazıçıları ölkənin lideri Kim Çen Inının Yeni illə bağlı televiziya müraciətinə 20-yə yaxın ədəbi əsər hazırlayıblar. Modern. az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Koreya Xalq Demokratik Respublikasının agentliklərindən biri məlumat verib. Ölkənin Yazıçılar İttifaqı üzvlərinin yazdıqları poema və mahnılar Şimali Koreyanın artıq zavodlarında yayılır. Müəssisələrdə və təhsil ocaqlarında keçirilən seminarlarda müəllimlər Kim Çen Inın çıxışının məzmunun izah edirlər. Şimali Koreya liderinin Yeni il gecəsi müraciəti yarım saat çəkib. O, həmin müraciətində Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasına çağırır və Koreya yarımadasındakı yeni müharibənin ABŞ üçün nüvə fəlakəti ilə nəticələnəcəyi haqda xəbərdarlıq edir. 


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?