Modern.az

Təyyarə binanın üzərinə düşdü - 2 ölü, 15 yaralı

Təyyarə binanın üzərinə düşdü - 2 ölü, 15 yaralı

Dünya

3 Yanvar 2025, 07:52

Kaliforniyada tək mühərrikli RV-10 təyyarəsi binanın üzərinə düşüb.

Modern.az xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri yazıb.

Polisin məlumatına görə, iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Təyyarə yerli vaxtla günorta saatlarında Fullerton hava limanı yaxınlığında qəzaya uğrayıb.

Binadan 100-dən çox insan təxliyə edilib.

10 nəfər xəstəxanaya yerləşdirilib. 8 nəfərə hadisə yerində tibbi yardım göstərilib və evə buraxılıb. Təyyarənin qəzaya uğramasının səbəbləri barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək