Cənubi Koreya Prezidenti Yun Sek-Yula qarşı həbs orderinin icrası mümkün olmayıb.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayıb.
Müstəntiqlər əvvəllər dövlət başçısının iqamətgahına daxil olsalar da, hərbi qulluqçuların müqaviməti ilə üzləşiblər.
“Biz müəyyən etdik ki, davam edən qarşıdurma səbəbindən həbs qərarı icra etmək mümkün deyil. İşçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə onun icrası dayandırılıb", - açıqlamada bildirilir.
***
08:22
Cənubi Koreyamən korrupsiyaya qarşı mübarizə agentliyinin müstəntiqləri həbs orderini icra etmək üçün ölkə prezidenti Yub Seok-Yulun iqamətgahına daxil olublar.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi bildirib.
Nəşrin məlumatına görə, agentliyin əməkdaşları və hərbi vəziyyətin tətbiqi ilə bağlı impiçment elan edilmiş dövlət başçısının tərəfdarları arasında qarşıdurma yaşanıb. Asayişi qorumaq üçün ərazidə 2,7 minə yaxın polis işləyir.
İqamətgahda ölkəyə gələn hüquq-mühafizə orqanları ilə binanı mühafizə edən hərbçilər və dövlət başçısı arasında toqquşma baş verib. Prezident nümayəndələri həbs cəhdinin qanunsuz olduğunu bildirir.
Son günlər prezidentin minlərlə tərəfdarı onun iqamətgahın yaxınlığında aksiya keçirib. Onlar həbsə və impiçmentə qarşı çıxıblar. Dövlət başçısı dindirilməyə gəlməkdən imtina etdiyinə görə Korrupsiyaya Qarşı Mübarizə Agentliyi onun barəsində həbs qətimkan tədbiri seçib. Müstəntiqlər dövlət başçısının iqamətgahında axtarış aparıblar.
Müstəntiqlər Yum Seok-Yulu dindirilmək üçün antikorrupsiya agentliyinin Seulla həmsərhəd olan Qvaçeon şəhərindəki qərargahına aparmağı planlaşdırır. Bundan sonra prezident paytaxt yaxınlığında yerləşən Uyvan şəhərindəki təcridxanaya yerləşdiriləcək. Müstəntiqlərə rəsmi həbs qərarı almaq üçün 48 saat vaxt veriləcək.
Yum Seok-Yul 2024-cü ilin dekabr ayının əvvəlində hərbi vəziyyətin tətbiqinə və parlamentə qoşun göndərdiyinə görə qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Prezident daha sonra hərbi vəziyyəti ləğv edib, lakin o, bütün ittihamları rədd edir. Siyasətçi dekabrın 14-də ikinci cəhddə impiçment elan edilib.