Modern.az

Alman nazir Suriyanın yeni lideri ilə görüşdü - VİDEO (YENİLƏNİB)

Alman nazir Suriyanın yeni lideri ilə görüşdü - VİDEO (YENİLƏNİB)

Dünya

3 Yanvar 2025, 17:53

Almaniyanın xarici işlər nazirləri Annalena Berbok Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş Dəməşqdə baş tutub.

***

12:14

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro Dəməşqə səfər ediblər.

Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaqlar.

“Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb”, - xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında “yeni siyasi başlanğıc” mümkündür.

Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. Əhməd əl-Şaranın rəhbərlik etdiyi qüvvələr dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi