Modern.az

20 yaşlı gənc dəm qazından zəhərləndi

20 yaşlı gənc dəm qazından zəhərləndi

Hadisə

3 Yanvar 2025, 13:20

Lənkəranda 20 yaşlı gənc zəhərlənib.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Onur Zaur oğlu Rzayev evlərində, otaqların birində huşsuz vəziyyətdə tapılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb və o, Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyi nəticəsində O.Rzayevi həyata qaytarmaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil