Modern.az

Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı - YENİLƏNİB

Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı - YENİLƏNİB

3 Yanvar 2025, 17:25

Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.

Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.

***

16:15

Balakən rayonunun Hənifə kəndində yanğın hadisəsi baş verib. 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil