Modern.az

“Nəğməkar” dövlət və hökumət başçıları - SİYAHI

“Nəğməkar” dövlət və hökumət başçıları - SİYAHI

10 Yanvar 2014, 15:37

YouTube-da Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun oxduğu mahnı “nəğməkar” prezidentlər mövzusunu gündəmə gətirib. Azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın repertuarındakı “İnanımmı” mahnısını (//modern.az/articles/50115/1/) oxuyan türkmən dövlət başçısından başqa, demə, bu məharətə malik digər dövlət və hökumət başçıları da varmış.

Modern.az saytı onlardan bəzisini üzə çıxarıb oxuculara təqdim edir.  

Azərbaycanın eks-prezidenti Heydər Əliyev “Küçələrə su səpmişəm” mahnısını ifa etməsi artıq məlum faktdır (//www.youtube.com/watch?v=TY7uEX2KkoU). Mərhum dövlət başçısı “Ala gözlüm” mahnısını da ifa edib (//www.youtube.com/watch?v=sn3QF_KlhC4).

Əcnəbi prezidentlərdən Barak Obamanın da ifaçılıq qabiliyəti seçicilərinə tanışdır. Ağ Ev sahibinin bir konfransda ifa etdiyi “Al green” mahnısı ilə hərkəsin marağına səbəb olub (//www.youtube.com/watch?v=y6uHR90Sq6k).

Rusiyanın prezidenti Vladimir Putinin onkoloji xəstəliyi olan uşaqlara kömək konsertində “nə oxuya, nə oynaya bilirəm” desə də, özü royalda ifa edərək, ingiliscə mahnı oxuyub (//www.youtube.com/watch?v=VobIRxoulLg).

Tacikistanın prezidenti Emmamali Rahmon toy mərasimində sərxoş halda oxuyub-oynadığı halı da YouTube-da var (//www.youtube.com/watch?v=l3EzJk8U8MQ).

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qonaq olduğu türk kanali ATV-də “Bərabər yürüdük biz bu yollarda” mahnısını ifa edib (//www.youtube.com/watch?v=saAqJKYhjT8).

Haitinin prezidenti Mişel Martelli həm də “Sweet Micky” (“Şirin Miki”) səhnə təxəllüsü ilə tanınır. Seçkilərdə xanım Mirland Maniqaya qalib gəlmiş qaradərili dövlət başçısı peşəkar müğənnidir (//www.youtube.com/watch?v=GvaqiwlhNVM).

Könül Qidayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi