Çinin Hıbey əyalətində marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, yanğın Canciakou şəhərində səhər saatlarında baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən saat yarımdan sonra yanğını nəzarət altına alıblar. Axtarış-xilasetmə işləri başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.