Modern.az

İsrail Qəzzadan atəşə tutuldu

İsrail Qəzzadan atəşə tutuldu

Dünya

4 Yanvar 2025, 21:50

İsrailin cənubu Qəzza bölgəsindən yenidən atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, hərbçilər Fələstinin şimal hissəsindən azı bir raketin buraxılmasını qeydə alıblar. Raket Erez keçid məntəqəsi yaxınlığında düşüb.

 

Qeyd olunur ki, raket təhlükəsi səbəbindən İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi