Modern.az

Çində yeni virus - Xəstəxanalar dolub

Çində yeni virus - Xəstəxanalar dolub

5 Yanvar 2025, 09:24

Çində xəstəxanaların dolmasına səbəb olan yeni insan metapnevmovirusunun (hMPV) alovlanması baş verib.

 

Modern.az “Daily Mail”ə istinadən yazır ki, xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb. Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.

 

“Hazırda Çin yüksək hazırlıq vəziyyətindədir, çünki ölkə boyunca qripə bənzər simptomlarla COVID-19-u xatırladan yeni virus haqqında məlumatlar daxil olur”, – məqalədə qeyd olunub.

 

“Daily Mail” qeyd edib ki, xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır.

 

Bununla əlaqədar tibb mütəxəssisləri iqtidar və sakinləri yoluxma riskini azaltmaq üçün maska istifadəsi və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi