Aktyor Azər Baxşəliyev vəfat edib.
Modern.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
***
10:13
Poli orqan çatmamazlığı səbəbindən aktyor Azər Baxşəlyevin orqanizmi yaşama qabiliyyətini itirib.
Bu barədə Modern.az-a Azərbaycan Tibb Universitetindən bildirilib.
Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır.