Modern.az

Məşhur futbolçu karyerasını bitirir

Məşhur futbolçu karyerasını bitirir

İdman

5 Yanvar 2025, 21:13

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını bitirməyi planlamır.

 

Modern.az xəbər verir ki, bu barədə 40 yaşlı tanınmış hücumçunun meneceri Evandro Ferreyra məlumat verib.

 

Onun sözlərinə görə, hazırda ölkəsinin B Seriyasında çıxış edən "Avai" forması geyinən oyunçu yaşıl meydanlarla vidalaşmaq qərarında deyil.

 

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində indiyədək MOİK (Moskva, Rusiya), "Monako" (Fransa) və "Beşiktaş" (Türkiyə) kimi tanınmış komandaların şərəfini qoruyub. O, Braziliya millisinin heyətində 20 oyunda 4 qolla yadda qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu