Modern.az

Şahdağ yolunda ağır qəza: ölən var

Şahdağ yolunda ağır qəza: ölən var

Hadisə

5 Yanvar 2025, 23:56

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şahdağ yolunda "Nissan" markalı avtomobil "Mercedes" markalı sərnişin mikroavtobusu ilə toqquşaraq yoldan çıxıb.

 

Daha sonra minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan 2014-cü il təvəllüdlü Ziya Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

İlkin ehtimala görə qəza havanın dumanlı olması səbəbilə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI