Kanadanın baş naziri Castin Trüdo istefa vermək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə o, Ottavada keçirdiyi mətbuat konfransında bildirib.
Trüdo qeyd edib ki, o, hakim Liberal Partiyasının rəhbəri postunu tərk edib və partiya yeni lider seçdiyi zaman baş nazir postundan istefa verəcək.
***
08:09
Kanadanın baş naziri Castin Trüdo Liberal Partiyasının liderliyindən istefa verəcək.
Modern.az bu barədə "The Globe and Mail" nəşrinə istinadən xəbər verir.
Trüdonun dərhak vəzifədən gedəcəyi, yoxsa yeni lider seçilənə qədər Baş nazir vəzifəsində qalacağı hələlik məlum deyil.
Qeyd edək ki, O, 2013-cü ildə partiyanın dərin problem içində olduğu və ilk dəfə parlamentin aşağı palatası olan İcmalar Palatasında üçüncü yerə düşdüyü vaxtda Liberal Partiyasının lider vəzifəsini tutub.
Sorğulara görə, oktyabrın sonuna qədər keçirilməsi planlaşdırılan seçkidə liberallar mühafizəkarlara böyük fərqlə uduzacaq.