Modern.az

Ötən il elmlər doktoru adı verilənlərin SAYI

Ötən il elmlər doktoru adı verilənlərin SAYI

6 Yanvar 2025, 11:23

Ötən il 71 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Statistikaya görə, ən çox elmlər doktoru elmi dərəcəsi filologiya (23 nəfər) və texnika elmləri (13 nəfər) üzrə verilib.

Riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Astronomiya, aqrar elmlər, əczaçılıq elmləri, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə bu elmi dərəcəni alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi