Modern.az

Samux sakinindən "Kalaşnikov" götürüldü

Samux sakinindən "Kalaşnikov" götürüldü

6 Yanvar 2025, 14:32

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və odlu silah-sursat saxlayan Ş.İsayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ş.İsayevdən narkotik vasitə marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvandan qanunsuz olaraq əldə edərək saxladığı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu