Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın oxuduğu “İnanımmı” mahnısı ifa etməsi sosial şəbəkələrdə və mediada qızğın müzakirələrə səbəb olub. Müzakirələrə qoşulanlardan kimisi Rəqsanəni ələ salmağa çalışıb, kimisi də türkmən prezidentin ara mahnısına müraciət etməsinə ironiya ilə yanaşıb.
Həmişə həmkarlarını tənqid edən müğənni Əli Mirəliyev isə bir az da qabağa gedərək, “İnanımmı” mahnısın musiqisinin elə türkmənlərə məxsus olduğunu iddia edib.
Bu olayla bağlı hətta telekanallarda da müzakirələr açılıb.
Modern.az-ın xəbərinə görə, “İnanımmı” mahnısı ətrafında açılan müzakirələr və səslənən tənqidlər mahnının sözlərinin müəllifi şair-jurnalist Telli Pənahqızını qəzəbinə səbəb olub. Məsələylə bağlı açıqlamasında Telli xanım bildidib:
”Mənə bir məsələ qaranlıq qalıb. Haqqı çatan, çatmayan, poeziyanı, musiqini bilən, bilməyən az qala hər kəs Türkmənistan prezidentinin bir il əvvəl (2013-cü ilin yeni il şənliyində) oxuduğu mahnını qoyub ortalığa fikir söyləyir, onun ilk ifaçısı olmuş Rəqsanəyə nifrətlərini(?) bilmirlər necə dilə gətirsinlər. Ə, biz nə millətik, necə insanlarıq? O mahnının sözlərini mən yazmışam, musiqisini də Hikmət Aslanov! Sözə , musiqiyə, ifaya iradınız varsa, buyurun. Yoxsa, bu nə paxıllıq, bu nə gözgöturməzlik, bu nə rəzalətdir, canım! Ayıbdır, ən azı, ayıbdır, vallah, ayıb...”
Telli Pənahqızı Azərbaycan mahnısının türkmən president tərəfindən ifa olunmasını belə qiymətləndirib:
”Bu faktın özü təqdirəlayiqdir ki, bizim mahnımız Xəzərin o tayında bir ölkə başçısının ifa etdiyi mahnılar sırasındadır”.
A.Qorxmaz