Modern.az

Türkiyə yenidən Rusiya ilə Ukraynanı barışdırmaq istəyir

Türkiyə yenidən Rusiya ilə Ukraynanı barışdırmaq istəyir

6 Yanvar 2025, 22:07

Türkiyə tərəflərin razılaşdığı format və parametrlər çərçivəsində Ukrayna və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.

Mənbə qeyd edib ki, Ankara heç bir konkret plan təqdim etməyib.

"Müharibənin lap əvvəlindən bəyan etmişik ki, ədalətli və davamlı sülhə danışıqlar yolu ilə nail olmaq olar. Bu çərçivədə biz hər iki tərəfin iştirak etdiyi diplomatik səylərə üstünlük veririk. Əslində, müharibənin ilk günlərində Tərəfləri əvvəlcə Antalyada, sonra İstanbulda bir araya gətirdik, İstanbulda apardığımız texniki danışıqlar nəticəsində sülhə çox yaxınlaşdıq”, - agentliyin həmsöhbəti bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi