Modern.az

Kobaxidze Makrona belə cavab verdi

Kobaxidze Makrona belə cavab verdi

7 Yanvar 2025, 13:16

Fransa prezidenti Emmanuel Makronun yanvarın 6-da Parisdəki səfirlər konfransında çıxışı zamanı Rusiya Federasiyasına qarşı kifayət qədər sərt açıqlamalar verib.

Makron bildirib ki, Rusiya son vaxtlar bir sıra ölkələrə, o cümlədən Ermənistana, Gürcüstana qarşı daha aqressiv siyasət yürüdüb.

Modern.az-ın məlumatına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidentinə cavab verib və ona “Ukraynanın ardınca getməyi” tövsiyə edib.

Xatırladaq ki, səfirlərlə görüşdə Makron Rusiyanın öz qonşularına qarşı daha aqressivləşdiyini vurğulayıb və buna misal olaraq 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini göstərib.

Fransa rəhbərinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini pozmağa cəhd edib.

İrakli Kobaxidze gürcü jurnalistlərə açıqlamasında deyib:

"Qoy Fransa prezidenti Ukraynanın dağıdılması üçün qurban verilmiş Ukraynanın arxasınca getsin. Mən bu gün hamının üzləşdiyi əsl problemdən danışıram: bu, məhv edilmiş Ukraynadır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu