Modern.az

Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb? 

Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb? 

8 Yanvar 2025, 09:00

Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus deyil.

Modern.az xəbər verir ki, bunun səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.

Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır: "Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".

***

 

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistan yarımadası istiqamətinə yola çıxdığı, havanın küləkli olması səbəbindən Eritreyaya yönəldiyi bildirilir.

Məsələ ilə bağlı Dövlət Dəniz və Liman Agentliyindən bildirilib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə quruma məlumat daxil olub:

"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi