Modern.az

Rayonlarda 9 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Rayonlarda 9 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

8 Yanvar 2025, 10:10

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Modern.az-a verilən məlumata görə, yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir. Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu