Modern.az

Tramp Kanadanı ABŞ-a birləşdirən xəritəni DƏRC ETDİ

Tramp Kanadanı ABŞ-a birləşdirən xəritəni DƏRC ETDİ

8 Yanvar 2025, 10:45

Amerikalı siyasətçi son aylarda iki ölkənin birləşməsi ehtimalı ilə bağlı dəfələrlə qalmaqallı açıqlamalar verib.

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-a ilhaq edildiyini əks etdirən xəritənin şəklini dərc edib.

Modern.az xəbər verir ki, xəritənin şəkli Trampın Truth social şəbəkəsində yerləşdirilib. Orada Kanada ərazisi ABŞ-ın xərətəsinin rəngə boyanıb.

"Oh, Kanada!", deyə - Tramp şəklin altına qeyd edib.

İkinci xəritədə Kanada ərazisində "Amerika Birləşmiş Ştatları" yazılıb. Qonşu Meksika fərqli rəngdə qeyd olunub, yalnız onun şimal hissəsi görünür.

Bundan əvvəl Tramp bir neçə dəfə Kanadanın baş naziri Castin Trüdonu “böyük Kanada ştatının qubernatoru" adlandırmışdı.

Dekabr ayında siyasətçi Kanadanın 51-ci ştat kimi ABŞ-ın tərkibinə daxil edilməsinin mümkünlüyünə baxmağı və bu halda rezidentlərin vergilərini 60% azaltmağı təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu