Modern.az

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

8 Yanvar 2025, 14:16

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.

Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.

Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.

Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu