Modern.az

Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ

Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ

Ölkə

8 Yanvar 2025, 14:37

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı saytımıza açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirib ki, qurumun müdir müavini Əsgərov Hüseyn Abbas oğlunun pensiya yaşına çatması və ərizəsi nəzərə alınaraq dövlət qulluğuna xitam verilib.

1409007

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi