Modern.az

Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

Aktual

8 Yanvar 2025, 17:13

Yanvarın 8-də 67 saylı Sabirababd seçki dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Deputat seçiciləri fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi