Modern.az

Bakıda TÜRKSOY-a “Türk mədəniyyətinin hamisi” ödülü verildi - FOTOLAR

Bakıda TÜRKSOY-a “Türk mədəniyyətinin hamisi” ödülü verildi - FOTOLAR

Qarabağ

11 Yanvar 2014, 15:18

Ödül qurumun baş katibi Düsen Kaseinova təqdim olunub 


Bu gün Atatürk Mərkəzində TÜRKSOY-a – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına “Türk mədəniyyətinin hamisi” ödülünün təqdim edilməsi mərasimi keçirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun, QHT və media təmsilçilərinin iştirak etdiyi mərasimi açan “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal ödül haqqında məlumat verib. Bildirib ki, 2013-cü ilin əvvəlində “Türküstan” qəzetinin və “Ortaq Dəyərlər” İB-nin təşkilatçılığı, həmçinin Türk Dünyasından olan 20-ə yaxın təşkilatın dəstəyi ilə “Türk dünyasına xidmət” devizi altında genişmiqyaslı rəy sorğu keçirilib. Məqsəd, türk dövlətləri və toplimları arasında yaxınlaşma və inteqrasiya prsosesinə  ictimai dəstək verməkdir.

A.Camal bildirib ki, sorğunun yekunlarına görə Türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə nominasiyası üzrə UNESCO ve İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və TÜRKSOY təşkilatı “Türk mədəniyyətinin hamisi” ödülünə layiq görülüb: “Bu gün burada toplanmağımızın məqsədi TÜRKSOY təşkilatının ““Türk mədəniyyətinin hamisi” ödülünü qurumun baş katibi Düsen Kaseinov təqdim etməkdir. Sorğuda iştirak edənlərTÜRKSOY təşkilatının türk mədəni irsinin qorunması, dünyada təbliği sayəsindəki davamlı xidmətlərini qeyd ediblər. Türk coğrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin qeyd olunması, ədəbiyyat adamlarının əsərlərinin nəşri, rəssamların dəstəklənməsi, xüsusilə BMT qərargahında Türk dünyasının ortaq bayramı olan Novruz şənliyinin kecirilməsi TÜRKSOY-un fəaliyyətində böyük rəgbətlə qarşılanan  hadisələrdir”.

Sonra Aqil Camal “Türk mədəniyyətinin hamisi” ödülünü və xüsusi diplomu TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim edib.

Ödülə görə təşəkkürünü çatdıran D.Kaseinov qeyd edib ki, TÜRKSOY ailəsi bundan sonra da ona göstərilən etimadı doğrultmağa çalışacaq. O, öz növbəsində TÜRKSOY-un yaranmasının 20 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni “Türküstan” qəzetinin baş redaktoru Aqil Camala təqdim edib.

Sonra millət vəkili Məlahət İbrahimqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu,  sosioloq Əhməd Qəşəmoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və Uyğur Mədəniyyət Mərkəzinin rəhbəri Tursunay xanıma TÜRKSOY-un hədiyyələri təqdim olunub. 

















Elmin Nuri
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu