Modern.az

Londonun mərkəzində bomba həyəcanı

Londonun mərkəzində bomba həyəcanı

Dünya

8 Yanvar 2025, 23:40

Londonun alış-veriş məkanı olan məşhur “Regent Street” küçəsi günorta saatlarında bomba təhdidi səbəbindən təxliyə edilib.

 

Modern.az xəbər verir ki, Hamleys oyuncaq mağazasının yaxınlığında park edilmiş qara “Audi A4” avtomobili şübhəli hesab edilib və əraziyə polis qüvvələri cəlb olunub.

 

Təhlükəsizlik tədbiri olaraq, polis nəqliyyat vasitəsində bir neçə nəzarətli partlayış həyata keçirib. Hadisə zamanı işçilər və müştərilər təxliyə edilərək təhlükəsiz yerdə toplaşıblar.

 

Daha sonra polis təhlükə olmadığını və avtomobilin şübhə doğurmadığını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış