Modern.az

Vəkil məhkəmə zalında həbs edildi

Vəkil məhkəmə zalında həbs edildi

9 Yanvar 2025, 12:54

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.

B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu