Modern.az

“BakıKart”ın fəaliyyəti bərpa edildi

“BakıKart”ın fəaliyyəti bərpa edildi

Aktual

9 Yanvar 2025, 14:49

“BakıKart”ın internet səhifəsi bərpa edilib.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.

Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu