Modern.az

“Qarabağ”dan böyük hesablı qələbə

“Qarabağ”dan böyük hesablı qələbə

İdman

9 Yanvar 2025, 15:46

Qış hazırlıq prosesini davam etdirən "Qarabağ" və "Kəpəz" komandaları arasında yoxlama oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları 5, 14, 35-ci dəqiqələrdə Aleksey Kaşuk, 38-ci dəqiqədə Emmanuel Addai, 64-cü dəqiqədə isə Davud Məsumov vurublar.

Gəncə klubunun yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahverdiyev imza atıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də ikinci yoxlama görüşündə "Zirə"ni sınağa çəkəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu