Modern.az

Polisə tabe olmayan sürücü həbs edildi - VİDEO

Polisə tabe olmayan sürücü həbs edildi - VİDEO

10 Yanvar 2025, 10:02

Qanunazidd əməllərini aqressiv davranışla ört-basdır etmək istəyən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal