Modern.az

Daha bir qalmaqallı İSTEFA

Daha bir qalmaqallı İSTEFA

10 Yanvar 2025, 14:07

Cənubi Koreyada Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Park Çunq-cu istefa verib.

Modern.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Onun istefası qəbul edilib. Məlumata görə, Park Çunq-cu bu gün dindirilməyə gedəcək. O, Korrupsiyaya qarşı İstintaq İdarəsi keçmiş prezident Yun Sek-yola qarşı həbs qərarının icrasına mane olmaqda ittiham olunur.

Dekabrın 14-də Cənubi Koreya parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edən prezident Yun Sek-yola impiçment elan edib. Korrupsiyaya qarşı İstintaq İdarəsi üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə eks-prezident barəsində həbs qərarı çıxarsa da, mühafizəçilərinin müqaviməti nəticəsində onu həbs etmək mümkün olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi