Modern.az

Azərbaycanda güllələnən əsgər öldü

Azərbaycanda güllələnən əsgər öldü

13 Yanvar 2014, 11:16


Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, yanvarın 12-də Penitensiar xidmətinin Mühafizə alayının əsgəri,1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu ona təhkim olunmuş avtomat silahından ilkin ehtimala görə ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb.
Hadisə əsgər xidmət apardığı keşikçi postunda növbədə tək olduğu zaman, dübən axşam saat 19.10 radələrində baş verib.
Rzayev Coşqun Elşad oğlu 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Elmin Nuri

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi