Modern.az

Gəncənin ictimai nəqliyyatı tamamilə yenilənəcək

Gəncənin ictimai nəqliyyatı tamamilə yenilənəcək

Aktual

10 Yanvar 2025, 13:00

Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: “Digər şəhərlərimiz - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal