Modern.az

Prezidentdən bu dövlət qurumu ilə bağlı FƏRMAN

Prezidentdən bu dövlət qurumu ilə bağlı FƏRMAN

Aktual

10 Yanvar 2025, 13:50

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən yeni istifadə qaydası təsdiqlənib.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə bu qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir.

Agentliyin vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub