Modern.az

Türkiyə İlham Əliyevin addımlarını dəstəkləyir - Hakan Fidan

Türkiyə İlham Əliyevin addımlarını dəstəkləyir - Hakan Fidan

10 Yanvar 2025, 14:00

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir.

Modern.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H.Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb:

“Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi