Modern.az

Belçika Kralı İlham Əliyevə başsağlığı verdi

Belçika Kralı İlham Əliyevə başsağlığı verdi

10 Yanvar 2025, 14:02

Belçika Kralı Filip Prezident İlham Əliyevə başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri.

Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal