Modern.az

Əli Əsədovun müavinlərinin sayı 3-ə ÇATDI

Əli Əsədovun müavinlərinin sayı 3-ə ÇATDI

Ölkə

10 Yanvar 2025, 15:36

Prezident İlham Əliyevin sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və baş nazirin müavini təyin edilib.

Modern.az-ın məlumatına görə, bununla da baş nazir Əli Əsədovun müavinlərinin sayı 3-ə çatıb.

Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. 79 yaşlı məmur 1993-2003-cü illərdə Baş nazirin müavini, 2003-cü ildən indiyədək Baş nazirin birinci müavini vəzifəsində çalışır.

Əli Əsədovun digər müavini Şahin Mustafayevdir. 1965-ci ildə anadan olan baş nazir müavini 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək İqtisadiyyat və Sənaye naziri, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək İqtisadiyyat naziri olub.

O, 2019-cu ildə Baş Nazirin müavini təyin edilib.

Xatırladaq ki, Baş nazirin sabiq müavini Əli Əhmədov ötən il deputat seçildikdən sonra vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi