Modern.az

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

10 Yanvar 2025, 15:32

Ötən ilin sonunda 75 yaşını qeyd edən məşhur rusiyalı aktyor və müğənni Mixail Boyarski Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, aktyor Mariinski xəstəxanasına aparılıb. O, kardiologiya şöbəsinə yerləşdirilib. İlkin məlumatlara görə, M.Boyarski ürəyin işemik xəstəliyi səbəbindən xəstəxanaya düşüb.

Sənətçi mətbuata açıqlamasında vəziyyətinin təfərrüatlarını açıqlamaqdan imtina edərək, səhhətini yalnız yaxınları ilə müzakirə etdiyini söyləyib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Boyarski infarktla xəstəxanaya yerləşdirilmişdi.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal