Modern.az

"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO

"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO

10 Yanvar 2025, 16:40

ABŞ-nin "Tesla" şirkəti yenilənmiş "Model Y" krossoverini təqdim edib.

Modern.az-ın məlumatına görə, krossoverin görünüşü dəyişib və daha uzun məsafəli olub.

"Tesla Model Y"nin ön hissəsi "Cybertruck" elektrik mühərrikli pikapının və "Cybercab" pilotsuz taksisinin görünüşünə uyğun hazırlanıb, yeni işıqlandırma avadanlığı, kapot və bamper quraşdırılıb.

Birinci mərhələdə yeni məhsul iki modifikasiyada təklif olunacaq. Avtomobil arxa ötürücülüdür və tam şarjla 593 km getməyə qadirdir.

Yenilənmiş "Tesla Model Y"nin tədarükləri bu ilin yazında başlayacaq.

1409508

1409507

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi