Modern.az

Tramp ABŞ tarixində ilk belə prezident OLACAQ

Tramp ABŞ tarixində ilk belə prezident OLACAQ

10 Yanvar 2025, 19:46

Nyu-York məhkəməsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp barədə qərarını açıqlayıb.

Modern.az-ın məlumatına görə, keçmiş porno aktrisa Stormi Danielsə pul ödədiyi biznes sənədlərini saxtalaşdırma işində məhkəmə onun qeyd-şərtsiz azadlığa buraxılması barədə qərar çıxarıb.

O, 34 ittiham üzrə təqsirli bilinib, yəni məhkumluq qüvvədə qalır, lakin Trampı cərimə və ya həbs cəzası gözləmir.

Donald Tramp ABŞ tarixində ağır cinayətdə ittiham olunaraq vəzifəyə gələn ilk prezident olacaq.

Trampın vəkilləri hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi