Modern.az

Rəsmi Bakıdan ABŞ-yə BAŞSAĞLIĞI

Rəsmi Bakıdan ABŞ-yə BAŞSAĞLIĞI

11 Yanvar 2025, 08:55

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.

Modern.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi