Modern.az

Yeni filmdə Putini o canlandıracaq

Yeni filmdə Putini o canlandıracaq

Mədəniyyət

11 Yanvar 2025, 12:11

Olivier Assayasın "Kreml sehrbazı" filmində Rusiya Prezidenti Vladimir Putini canlandıracaq aktyor məlum olub.

Modern.az xəbər verir ki, bu barədə "Deadline" nəşri yazıb.

Bildirilir ki, Rusiya liderini britaniyalı aktyor Cud Lou canlandıracaq.

“Bunu tərəddüdlə deyirəm, çünki hələ rol üzərində işləməyə başlamamışam. Demək istədiyim odur ki, mən artıq başlamışam, amma indi bu iş Everestə dırmaşmaq kimidir”, - deyə aktyor bildirib.

Qeyd edək ki, film üzərində işlər ötən ilin ortalarından başlayıb.

Ekran əsəri Giuliano da Empolinin eyniadlı kitabı əsasında çəkilib. Kitab 1990-cı illərdə Vladimir Putinin siyasi strateqinə çevrilən televiziya prodüseri Vadim Baranovun hekayəsindən bəhs edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu