Modern.az

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

11 Yanvar 2025, 18:29

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb.

Bildirilir ki, "Nazir" adlı radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək.

Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq.

İddia edilir ki, radar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir.

Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

1409666

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi