Modern.az

Bakı Dövlət Universitetindən Gülər Əhmədova haqda yeni AÇIQLAMA

Bakı Dövlət Universitetindən Gülər Əhmədova haqda yeni AÇIQLAMA

13 Yanvar 2014, 13:50

Bakı Dövlət Universitetinin (BDU) həbsdə olan müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlının adı çəkilən ali təhsil müəssəsindən işdən azad edilmədikləri haqda məlumat yayılıb.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün BDU-nun mətbuat xidməti ilə əlqə saxlayıb. Universitetdən bununla bağlı saytımıza açıqlama verilib.  Açıqlamada deyilir:

“Bakı Dövlət Universitetində (BDU) işdən kənarlaşdırılan  əməkdaşlar haqqında məlumatlar universitetin rəsmi saytıdan çıxarılır. O cümlədən, Məhəmməd İmanlı rektorun müvafiq əmri ilə universitetdən xaric edildikdən sonra BDU-nun rəsmi saytından onun haqqında olan məlumat da çıxarılıb. Sadəcə onun işlədiyi müddətdə yayımlanan məlumatlar, elmi əsərlərinin siyahısı saytın fakültə üzrə sisteminin baza arxivində qalıb. Gülər Əhmədovanın isə BDU-da fəaliyyəti dayandırılıb, lakin onun haqqında məhkəmənin yekun qərarı universitetə daxil olmadığına görə (nəzərə alsaq ki, proses Bakı Apellyasiya Məhkəməsində davam edir) o, hələlik əməkdaşlar sırasından rəsmi olaraq xaric edilməyib”.

Qeyd edək ki, Gülər Əhmədova və Məhəmməd İmanlı ilə bağlı xəbəri “Avropa.info" saytı yayıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi