Modern.az

"Şahdeniz" yatağında "Bravo" platforması tam gücü ilə işləyir

"Şahdeniz" yatağında "Bravo" platforması tam gücü ilə işləyir

Aktual

12 Yanvar 2025, 15:05

"Şahdeniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.

 

Bu barədə Modern.az-a açıqlamasında “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

 

Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.

 

""Alfa" platforması ilə səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir", - Tamam Bayatlı qeyd edib.

 

O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama