Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 16-da respublikanın 27 şəhər və rayonunda sınaq imtahanı keçirib.
TQDK-dan veriklən məlumata görə, imtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib.
Bu sınaq imtahanında 31 mindən artıq abituriyent iştirak edib. İmtahanda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən orta məktəb dərsliklərinə və müvafiq qəbul imtahanları proqramlarına uyğun hazırlanıb.
Modern.az