Modern.az

"Qarabağ" 4 qolla qələbə qazandı

"Qarabağ" 4 qolla qələbə qazandı

İdman

12 Yanvar 2025, 19:13

"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, "Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:2.

 

Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.

 

Bakı klubunda isə Ruan Renato və Martins Junior rəqib qapısına yol tapıblar.

 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu